"Qarabağ" Avstriya klubu ilə heç-heçə etdi

00:35 - 27 İyun 2018

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ikinci yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, “köhlən atlar” yerli “Vakker İnsbruk”la qarşılaşıb. Oyunda hesab açılmayıb - 0:0.

 

"Qarabağ" Avstriyadakı ilk yoxlama görüşündə "Ludoqorets"lə (Bolqarıstan) bərabərə qalıb - 1:1.

 

Yoxlama oyunu

26 iyun

 

"Qarabağ" - "Vakker İnsbruk" (Avstriya) 0:0

 

"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 52. Yakub Jezniçak, 5. Maksim Medvedev, 25. Ansi Aqolli, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 8. Miçel, 10. Dani Kintana, 77. Donald Gerrye, 11. Mahir Mədətov.

Xəbər xətti