Emil Balayev Super Liqa klubunda?

10:00 - 27 İyun 2018

"Səbail"in qolkiperi Emil Balayev karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı qapıçı Super Liqaya vəsiqə qazanan "Ərzurumspor"un transfer hədəfindədir. "Fanatik" nəşrinin məlumatına görə, "Qarabağ"dan ayrılan İbrahim Şehiçi transfer edə bilməyən Ərzurum təmsilçisi gözünü Balayevə dikib. "Azəri Buffon" ləqəbli əlcək sahibinin keçidinin 500-600 min avro müqabilində reallaşa biləcəyi ehtimal olunur. Balayev artıq "Səbail"dən ayrılmaq qərarı verib və bu keçidin reallaşamaq ehtimalı var.

 

Qeyd edək ki, Balayev 2015/16 mövsümünü Almaniyanın "Ayntraxt" klubunda keçirib. Emil 2017-ci ildən "Səbail"də çıxış edir və klubla 1 illik müqaviləsi var.

Xəbər xətti