Çempionlar Liqasında yeni mövsüm start götürdü

UEFA Çempionlar Liqasında 2018/19 mövsümünün ilk mərhələsinin qarşılaşmaları keçirilir

 

Sportal.az xəbər verir ki, Kosovo çempionu “Drita” səfərdə Andorranın “Santa Koloma” klubu ilə qarşılaşıb və əlavə vaxtda vurduğu qollarla 2:0 hesabı ilə qələbə qazanıb.

 

Digər yarımfinal cütündə isə Cəbəllütariq təmsilçisi “Linkoln” səfərdə San Marino çempionu “La Fiorita”dan üstün olub - 2:0.

 

ÇL-in 1-ci təsnifat mərhələsinə vəsiqə uğrunda keçiriləcək final oyununda “Linkoln” doğma meydanda “Drita” ilə üz-üzə gələcək.

 

“Santa Koloma” və “La Fiorita” isə mübarizəni Avropa Liqasının 2-ci təsnifat mərhələsində davam etdirəcəklər.

 

UEFA Çempionlar Liqası, ilkin mərhələ

 

“Santa Coloma” (Andorra) - “Drita” (Kosovo) - 0:2 (Əlavə vaxtda)

Qollar: Şabani, 99, Gerbeşi, 105+3

 

“La Fiorita” (San Marino) - “Linkoln Red Imps” (Cəbəllütariq) -- 0:2

Qollar: Hernandez, 2, Moreno, 51 

Tarix: 27 İyun [10:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2018
20  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio