"Qarabağ" - "Dinamo" matçının vaxtı məlum oldu

12:26 - 27 İyun 2018

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın üçüncü yoxlama oyunun başlama saatı açıqlanıb. 

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun Kiyev "Dinamo"su ilə keçirəcəyi görüş iyulun 4-də, Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.

 

Qeyd edək ki, bu, "Qarabağ"ın Avstriya toplanışı çərçivəsində 4-cü, yəni sonuncu yoxlama oyunu olacaq. Bundan əvvəl Bolqarıstannın "Ludoqorets"  və Avstriyanın "Vakker İnsbruk" klubları ilə heç-heçə (1:1, 0:0) edən Ağdam klubu 3-cü sınağında isə iyunun 30-da Suriya millisi ilə üz-üzə gələcək.

Xəbər xətti