CAR millisinin üzvü "Qarabağ"ın transfer hədəfində

12:57 - 27 İyun 2018

"Qarabağ"ın transfer etmək istədiyi daha bir futbolçu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Cənubi Afrika Respublikasının “Maritsburq Yunayted” klubunun vingeri Lebohanq Maboe Ağdam klubunun transfer hədəfindədir. 23 yaşlı futbolçunun CAR təmsilçisi ilə 1 illik müqaviləsi var və tərəflər bunu 1 il də artıra bilər. Bu keçid üçün "Qarabağ" müəyyən qədər təzminat ödəməlidir. CAR millisinin üzvünün transfer qiyməti 600 min avrodur. “Maritsburq Yunayted” Maboe üçün gələn təklifləri dəyərləndirməyə hazırdır.

 

Maboe Cənubi Afrika Respublika millisinin üzvüdür.

Xəbər xətti