Karl Daksbaxer: "Qarabağ"ın fərdi keyfiyyətlərinə görə fərqlənən futbolçuları var"

13:25 - 27 İyun 2018

"Qarabağ"la matça yeni sistemlə çıxmışdıq. Futbolçular bunun öhdəsindən gəldilər".

 

Sportal.az xəbər verir ki, bu sözlər Avstriyanın "Vaker İnsburq" klubunun baş məşqçisi Karl Daksbaxerə məxsusdur. 65 yaşlı mütəxəssis ötən gün Avstriyada "Qarabağ"a qarşı keçirdikləri yoxlama görüşündən danışıb. İsveçrəli mütəxəssis oyundan razı qaldığını deyib: "3-4-3 taktiki sxemindən istifadə etdik və bu, pis alınmadı. Müdafiədə yaxşı çıxış etdik. "Qarabağ" güclü komandadır. Rəqibin fərdi keyfiyyətlərinə görə fərqlənən futbolçuları var. Bu sistem bizə uyğun gəldi. Bunu nizama salmalıyıq. Hücum xəttindən narahat deyiləm. Patrik Eler bir neçə dəfə qol vəziyyəti yaratdı".

 

Qeyd edək ki, Avstriya Bundesliqa təmsilçisi "Qarabağ"la 0:0 hesablı heç-heçə edib.

Xəbər xətti