"Qəbələ" Polşa klubu ilə qarşılaşacaq

14:20 - 27 İyun 2018

Avropa Liqasında çıxış edəcək "Qəbələ" Sloveniyada təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" hazırlıq prosesində Polşanın "Krakoviya" klubu ilə qarşılaşacaq. Sözügedən oyun iyulun 4-də baş tutacaq.

 

Qeyd edək ki, "Qəbələ" ilk yoxlama matçında Albaniyanın "Kukesi" klubu ilə 1:1 hesablı heç-heçə edib.

Xəbər xətti