"Neftçi" Rumıniya klubu ilə oyuna hazırlaşır

16:59 - 27 İyun 2018

Neftçi” Türkiyədəki təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda hazırlığın 6-cı günündə səhər məşqinə çıxıb. Fiziki və standart vəziyyətlər üzərində qurulan məşqdə bütün futbolçular iştirak ediblər. Günün hazırlığı axşam məşqi ilə başa çatacaq.

 

"Neftçi” növbəti yoxlama görüşünü sabah keçirəcək. Rumıniyanın "Dunarea Kalarası” klubu ilə oyun saat 17:00-da (Bakı vaxtı ilə 18:00) komandamızın məskunlaşdığı "Fenerbahce Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutacaq.

Xəbər xətti