Xama Billiatın "Qarabağ"a transferi niyə baş tutmayıb?

18:40 - 27 İyun 2018

Zimbabve millisinin üzvü Xama Billiatın adı uzun müddət "Qarabağ"la hallansa da, bu keçid rəsmiləşmədi.

 

Sportal.az xəbər verir ki, bu keçidin baş tutmamasının səbəbi müəyyənləşib. 27 yaşlı hücumçunun agenti Mayk Nqobeni açıqlamasında bildirib ki, Avropa klubları Billiata istənilən təklifi etməyiblər və o da CAR-ın "Kayzer Çifs" klubunu seçib: "İsveç, Çin, Misir, Azərbaycan və Türkiyədən təklif yağırdı. Lakin Xama oynaya biləcəyi və ad qoymaq istədiyi yeri seçmək istəyirdi. Onu hər zaman Zimbabve millisinin aparıcı üzvü kimi görürlər. Təkliflər istədiyimiz kimi deyildi. Biz yanlış addım istəmədik. Buna görə də Avropaya transfer məsələsini bağladıq". 

 

Qeyd edək ki, "Mamelodi Sandaunz"dan ayrılan Billiat Cənubi Afrika Respublikasının digər təmsilçisi "Kayzer Çifs"ə keçib. Zimbabve millisinin üzvünün burada illik qazancı 450 min dollar olacaq. Xama Avropa və Asiyadan bu rəqəmdə təklif almadığı üçün CAR-da qalıb.

Xəbər xətti