"Ayaks" Kluyvertin boşluğunu serbiyalı futbolçu ilə doldurdu

18:51 - 27 İyun 2018

Hollandiyanın "Ayaks" klubu "Sauthempton"un yarımmüdafiəçisi Duşan Tadiçi transfer edib.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Serbiya millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçunun keçidi üçün Amsterdam təmsilçisi 11,5 milyon avrosundan keçib.

 

Qeyd edək ki, Tadiç ötən mövsüm 41 oyuna 7 qol vurub, 4 assist edib. "Ayaks" Tadiçi "Roma"ya 16 milyon avroya satdığı Castin Kluyvertin əvəzinə transfer edib.

Xəbər xətti