"Qəbələ" Zaqreb "Dinamo"suna qarşı

10:54 - 28 İyun 2018

Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşacaq. Zaqreb təmsilçisi ilə görüş Murska Sobota şəhərinin “Mura” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda Albaniyanın “Kukesi” klubu ilə heç-heçə edib - 1:1.


Yoxlama oyunu

20:00. "Qəbələ" - "Dinamo" (Zaqreb)

Xəbər xətti