Millimizin üzvü het-trik etdi, komandası 17 qolla qalib gəldi

11:18 - 28 İyun 2018

Almaniya II Bundesliqasında çıxış edən "Aue" klubu yeni mövsümün hazırlığına başlayıb.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi komanda aşağı liqa təmsilçisi "Limbax"la qarşılaşıb və 17:0 hesabı ilə qalib gəlib. Nazarov oyuna 2-ci hissədə daxil olub və het-trikə imza atıb. O, komandasının 14-cü (pen.), 15-ci (pen.) və 17-ci qollarının müəllifi olub.

Xəbər xətti