“Neftçi” Rumıniya klubuna qarşı

12:20 - 28 İyun 2018

“Neftçi” Türkiyədə təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün növbəti yoxlama matçını keçirəcək. Roberto Bordinin yetirmələri “Dunarea Kalarası” ilə qarşılaşacaq. Rumıniya təmsilçisi ilə oyunun start fiti Bakı vaxtı ilə 18:00-da veriləcək. Görüş “Neftçi”nin məskunlaşdığı "Fenerbahce Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutacaq.

 

Qeyd edək ki, “Neftçi” Türkiyə toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Makedoniya klubu “Şkupi”ni məğlub edib (2:0).

 

Yoxlama oyunu

28 iyun

 

18:00 "Neftçi" - "Dunarea Kalarası" (Rumıniya)

Xəbər xətti