"Qarabağ" legioneri ilə yolları ayırdı

15:03 - 28 İyun 2018

2018/19-cu illər mövsümünün hazırlığını davam etdirən "Qarabağ" daha bir futbolçuyla yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, ukraynalı qolkiper Anton Kanibolotskiylə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun saytı məlumat yayıb.

 

"Qarabağ" daha öncə Pedro Enrike, Ramil Şeydayev, Rahid Əmirquliyev, Ağabala Ramazanov, Əfran İsmayılov, Riçard Almeyda, İbrahim Şehiç, Elvin Yunuszadə və Arif Daşdəmirovla yollarını ayırmışdı.

 

Qeyd edək ki, 30 yaşlı əlcək sahibi ötən il "Şaxtyor"dan Ağdam klubuna keçmişdi.

Xəbər xətti