Ronaldonun müqaviləsində dəyişiklik: "Real"dan gedə bilər

Kristiano Ronaldonun "Real"la müqaviləsində dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi portuqaliyalı ulduzun sözləşməsindəki 1 milyard avroluq sərbəst qalma məbləğində dəyişiklik edib və bu rəqəm 120 milyon avroya endirilib. Bu barədə OK Diario məlumat yayıb.

 

Ronaldonu heytinə qatmaq istəyən klublar bu məbləği ödəməklə istəklərinə nail ola bilərlər. Lakin müqavilədəki bu bənd 2 kluba şamil edilmir. Belə ki, "Barselona" və PSj üçün 32 yaşlı hücumçunun sərbəst qalmaq maddəsi 1 milyard avrodu.

 

Müqavilədəki dəyişiklik 2019-cu ilin yanvar ayından etibarən qüvvəyə minəcək. Belə olduqda gələn il təcrübəli hücumçunu başqa klubda görmək mümkün olacaq.

Tarix: 28 İyun [16:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2018
20  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio