"Neftçi" Rumıniya klubuna qalib gəldi

20:01 - 28 İyun 2018

Yeni mövsümə Türkiyədə hazırlaşan “Neftçi” bu gün ikinci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “ağ-qaralar” Rumıniyanın “Dunarea Kalarası” klubu ilə qarşılaşıb.

 

“Neftçi”nin məskunlaşdığı “Fenerbahce Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutan oyun Bakı vaxtı ilə 18:00-da start götürüb. Qarşılaşma "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Ağ-qaralar"ın qollarına Dario Frederiko və Mirabdulla Abbasov imza atıb. 

 

Qeyd edək ki, “Neftçi” ilk yoxlama oyununda Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşıb və 2:0 hesabıyla qalib gəlib.

 

Yoxlama oyunu

28 iyun

“Neftçi” - “Dunarea Kalarası” 2:0
Qollar:
Dario Frederiko, 39. Mirabdulla Abbasov, 60.

 

“Neftçi”: 1. Səlahət Ağayev, 4. Rəşad Eyubov, 9. Baqali Dabo, 10. Dario Frederiko, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov, 28. Slavko Braliç, 93. Soni Mustivar.

 

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 73. Nail Alışov, 5. Anton Krivotsyuk, 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 26. Ömər Buludov, 36. Xəlil Bəşirov, 37. Vüsal Əsgərov, 51. Elçin Əsədov, 70. Əli Şirinov, 77. Elvin Sərkərov.

Xəbər xətti