"Qəbələ" Zaqreb "Dinamo"suna məğlub oldu

00:23 - 29 İyun 2018

Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşıb.

 

Zaqreb təmsilçisi ilə görüş Murska Sobota şəhərinin “Mura” stadionunda baş tutub. "Qəbələ" bu oyunda iki cavabsız qolla uduzub.

 

Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda Albaniyanın “Kukesi” klubu ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

 

Yoxlama oyunu

28 iyun

 

"Qəbələ" - "Dinamo" (Zaqreb, Xorvatiya) 0:2

Xəbər xətti