Roberto Bordin: "Bəzi şeyləri yaxşılaşdırmaq lazımdır"

00:38 - 29 İyun 2018

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün keçirilmiş Rumıniyanın "Dunarea Kalarası” klubu ilə yoxlama oyunundan (2:0) sonra klub televiziyasına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis yaxşı oyun olduğunu bildirib:

 

“Futbolçular matça ilk dəqiqələrdən köklənmişdilər, ehtiyatlı oynadılar. Şadam, amma bəzi şeyləri yaxşılaşdırmaq lazımdı ki, biz də bunu edəcəyik. Qol epizodları yaratdıq, amma onları daha yaxşı yekunlaşdırmalıydıq. Bununla belə, nəticədən başqa, komandanın oyunundan da razı qaldım”.

Xəbər xətti