"Neftçi"nin qələbəsi VİDEO

Yeni mövsümə Türkiyədə hazırlaşan “Neftçi” ikinci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “ağ-qaralar” Rumıniyanın “Dunarea Kalarası” klubu ilə qarşılaşıb.

 

“Neftçi”nin məskunlaşdığı “Fenerbahce Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutan oyun Bakı vaxtı ilə 18:00-da start götürüb. Qarşılaşma "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Ağ-qaralar"ın qollarına Dario Frederiko və Mirabdulla Abbasov imza atıb. 

 

Qeyd edək ki, “Neftçi” ilk yoxlama oyununda Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşıb və 2:0 hesabıyla qalib gəlib.

 

Yoxlama oyunu

28 iyun

 

“Neftçi” - “Dunarea Kalarası” 2:0
Qollar:
Dario Frederiko, 39. Mirabdulla Abbasov, 60.

 

Tarix: 29 İyun [00:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2018
19  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio