Dario Frederiko: "Qol vurmağım mənə ikiqat sevinc hiss yaşatdı"

“Neftçi”nin yeni transferlərindən olan Dario Frederiko Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün keçirilmiş Rumıniyanın "Dunarea Kalarası” klubu ilə yoxlama oyunundan (2:0) sonra klub televiziyasına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu bunları söyləyib:

 

“Təlim-məşq toplanışımızın ikinci matçı idi. Qol vurmağım mənə ikiqat sevinc hiss yaşatdı. Əsas odu ki, komandamız oyundan oyuna daha da yaxşı çıxış edir. Bu oyun tərzimizi davam etdirib, daha da yaxşılaşdırmağa çalışmalıyıq. Artıq öz oyunumuzu tapmağa başlamışıq. Növbəti qarşılaşmalarda bundan da yaxşı oyun nümayiş etdirəcəyik”.

Tarix: 29 İyun [00:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2018
16  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio