"Səbail" Türkiyədə 4 yoxlama oyunu keçirəcək - İlk rəqib məlum oldu

11:21 - 29 İyun 2018

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Səbail” təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə keçəcək.

 

Sportal.az xəbər verir ki, iyulun 9-da Türkiyəyə yollanacaq bakılılar Kızılcahamamda “Çam Thermal Resort & Spa Hotel”də məskunlaşacaq. Baş məşqçi Aftandil Hacıyev yetirmələrini yerli komanda “Gənclərbirliyi” ilə görüşdə sınayacaq. Ötən mövsüm Super Liqanı tərk edən Ankara klubu ilə qarşılaşmanın tarixi açıqlanmayıb.

 

“Səbail” iki həftəlik Türkiyə toplanışı çərçivəsində 4 yoxlama matçı keçirməyi planlaşdırır.

Xəbər xətti