"Uypeşt" - "Neftçi" oyunu yunanıstanlı hakimə həvalə edildi

Avropa Liqasının I təsnifat mərhələsində iyulun 19-da keçiriləcək "Uypeşt" (Macarıstan) - "Neftçi" matçının hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, görüş yunanıstanlı Anastasios Papapetru idarə edəcək. 33 yaşlı referiyə Vasilius Kampuris və Trifon Petropulos kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Angelos Evangelos yerinə yetirəcək.

 

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 12-də Bakıda keçiriləcək. Həmin oyunun təyinatları isə açıqlanmayıb.

Tarix: 29 İyun [12:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio