"Sumqayıt" baş məşqçisi ilə yeni müqavilə imzaladı

17:35 - 29 İyun 2018

2018/19 mövsümündə “Sumqayıt"ın əvəzedici heyətini çalışdıracaq məşqçinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Elbrus Məmmədov qarşıdakı mövsümdə də əvəzedicilərin baş məşqçisi təyin olunub.
 
Qeyd edək ki, "Sumqayıt"ın əvəzediciləri 47 yaşlı mütəxəssisin rəhbərliyi altında ötən mövsümdə 10 qələbə, 7 heç-heçə, 11 məğlubiyyət əldə edərək 37 xal toplayıb və mövsümü 6-cı pillədə başa vurub.

Xəbər xətti