Yeni mövsümün püşkü atıldı

17:53 - 29 İyun 2018

Futbol üzrə Almaniya Bundesliqasının yeni mövsümünün püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, sözügedən çempionatda yeni mövsümə avqustun 24-də “Bavariya” – “Hoffenhaym” matçı ilə start veriləcək.

 

Açılış turunun qalan görüşləri isə avqustun 25-də baş tutacaq. İlk turun təqvimi belədi:

 

Borussiya (Dortmund) - Leyptsiq
Borussiya (Münhenqladbax) - Bayer
Herta - Nürnberq
Verder - Hannover
Frayburq - Ayntraxt
Maynts - Ştuttqart
Volfsburq - Şalke
Fortuna - Auqsburq

 

Bundesliqada mövsümə 2019-ci ilin 18 mayında yekun vurulacaq.

Xəbər xətti