"Neftçi" millimizin üzvü ilə yeni müqavilə imzaladı

15:51 - 1 İyul 2018

"Neftçi" Anton Krivotsyukla müqavilənin müddətini artırıb.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə 2018/2019 mövsümünün sonunda bitməli olan anlaşma daha 1 il müddətinə uzadılıb. Yeni müqaviləyə əsasən Krivotsyuk 2019/2020 mövsümünün sonunadək ağ-qara formanı geyinəcək.

 

Ukrayna əsilli Krivotsyukun xidmətində "Qarabağ" klubu da maraqlı idi. Lakin gənc futbolçu müqavilə ilə məxsus olduğu klubda qalmağa üstünlük verib.  

 

Qeyd edək ki, Anton Krivotsyuk 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvüdür.

Xəbər xətti