"Qarabağ"ın rəqibində 5 ayrılıq

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində rəqibi olan Sloveniyanın "Olimpiya" klubu 5 futbolçu ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Lyublyana təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Olimpiya" Rok Vodişek, Mitç Apay, Ceyson Devidson, Dario Kanaja və Rikardo Alveslə vidalaşıb. 
 
Vodişek, Apay və Alveslə müqavilələri iyunun 30-da başa çatıb və yeni anlaşma imzalanmayıb. Kanaka ilə Devidson isə Xorvatiyanın "Riyeka" klubuna icarəyə verilib. 
 
Xatırladaq ki, "Olimpiya" "Qarabağ"la ilk matçını iyulun 11-də öz meydanında keçirəcək. 

Tarix: 1 İyul [17:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio