"Neftçi" milli üzvü ilə yeni müqavilə bağladı

"Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini artırıb.

 

Sportal.az xəbər verir ki, Namik Ələskərov 2019/2020 mövsümünün sonunadək “Neftçi”nin formasını geyinəcək.

 

Ötən mövsüm 32 oyunda 6 qol vurmuş 23 yaşlı yarımmüdafiəçinin bundan əvvəlki müqaviləsinin müddəti 2018/2019 mövsümünün sonunda bitəcəkdi.

 

Bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk və Soni Mustivarla müqavilə yenilənmişdi.

Tarix: 2 İyul [10:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2018
19  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio