PSJ-dən açıqlama: "Bir milyard avroya Mbappeni satmarıq"

12:32 - 2 İyul 2018

Madrid "Real"ının transfer hədəfində olduğu iddia oluna Kilian Mbappe üçün PSJ-dən açıqlama gəldi.

 

Sportal.az xəbər verir ki, klubun sahibi Nasser Əl-Xələfi 1 milyard avroluq təklif gəlsə belə, fransalı hücumçunu satmayacaqlarını dilə gətirib:

 

"Mbappenin transfer qiymətini bilmək istəyirsiz? 1 milyar avrodan daha çox! Bəli, 1 milyard avro dedim. Bu məbləği versəz belə, Mbappeni satmayacağıq".

 

19 yaşlı gənc hücumçu DÇ-2018-də Fransanın heyətində 3 qol vurub və komandasının 1/4 finala yüksəlməsində böyük pay sahibi olub. Mbappe ötən mövsüm 21 qol vurub, 11 assist edib.

Xəbər xətti