Millimizin üzvü boykot edilir: “Porno video yayan bizim komandada ola bilməz!”

Azərbaycan millisinin və İspaniya Sequndasında çıxış edən "Alkorkon" klubunun yarımmüdafiəçisi Eddi İsrafilovla bağlı qalmaqal davam edir.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu "Eybar" klubunda çıxış etdiyi vaxt komanda yoldaşları - Serxio Enrix və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqla günahlandırılır.  Enrix və Luna ilə intim əlaqədə olan 17 yaşlı qız bunu videoya çəkməməyi xahiş etsə də, onlar nəinki buna əməl ediblər, üstəlik, sonradan videonu Eddi İsrafilova ötürüblər. İsrafilov isə həmin videonu sosial şəbəkədə paylaşdıqdan sonra silmişdi. Enrix və Lunanı çətin vəziyyətə salan millimizin üzvü məhkəmədə günahını danıb.

 

Enrix, Luna və İsrafilovu 2 ildən 5 ilədək həbs cəzası gözləyir. Məhkəmə prosesi iki ilə yaxındır ki, davam edir və yaxınlarda yekun qərarın veriləcəyi gözlənilir.

 

Azarkeşlər isə klubun bazasının yaxınlığında Eddiyə qarşı pankratlar hazırlayıblar. Komandanın fanatları “Porno video yayan bizim komandada ola bilməz!”, “Onu tezliklə qovmaq lazımdır” – kimi şüarlar səsləndrirlər. Lakin Paskualın iki illik müqaviləsi mövcuddur.

 

Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildə Azərbaycan millisinə dəvət alıb. Yığmamızın baş məşqçisi Qurban Qurbanov "Alkorkon"da möhkəmlənə bilməyən futbolçuya dəvət göndərməyib.  

Tarix: 2 İyul [14:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2018
20  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio