"Bursaspor"un baş məşqçisi millimizin üzvünü bəyəndi

15:58 - 2 İyul 2018

U-21 millimizin üzvü Ozancan Kökcü "Bursaspor"la yeni mövsümün hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Hollandiyanın "Valveyk" klubundan icarədən dönən yarımmüdafiəçi məşqlərdə yeni çalışdırıcı Samet Aybabanın diqqətini çəkib. Məşhur türkiyəli mütəxəssis Kökcünün xidmətində maraqlıdı və mövsüm ərzində ona şans verəcək.

 

19 yaşlı futbolçu ilə yanaşı, Çağatay Yılmaz, Əmirhan Aydoğan və Furkan Əmrə Ünvərin də performansı Samet Aybabanı qane edib. 63 yaşlı baş məşqçi yeni mövsümdə bu futbolçulardan çox şey gözlədiyini qeyd edib.

 

Qeyd edək ki, Ozancan Kökcü ötən il "Feyenoord"dan "Bursaspor"a keçmişdi.

Xəbər xətti