"Bavariya" yeni baş məşqçisini təqdim etdi

“Bavariya” yeni baş məşqçisi Niko Kovaçı ictimaiyyətə təqdim edib.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssisin təqdimat mərasimi bu gün keçirilib. Tədbirdə Kovaç təəssüratlarını bölüşüb: “Yenidən burdayam. “Bavariya”nın məni seçdiyinə görə xoşbəxtəm. Bütün futbolçuların inkişaf etməsini və klubun məqsədinə çatmasını hədəf seçmişik”. 

 

Kovaç sentyabrın 1-dən yeni işinə başlayacaq.

 

Qeyd edək ki, 46 yaşlı mütəxəssis son olaraq  “Ayntraxt”ı (Frankfurt) çalışıdırıb.

Tarix: 2 İyul [17:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2018
20  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio