"Keşlə" - "Baltsan" matçının vaxtı açıqlandı

18:50 - 2 İyul 2018

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Keşlə” – “Baltsan” matçının vaxtı bəlli olub.

 

Sportal.az xəbər verir ki, "Keşlə" Malta təmsilçisini iyulun 19-da, “Dalğa Arena”da qəbul edəcək. Görüş saat 21:00-da başlayacaq.

 

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 12-də, Bakı vaxtı ilə saat 21:00-da Ta Qalidə olacaq. 

Xəbər xətti