"Neftçi" Bosniya və Herseqovina klubuna qalib gəldi

“Neftçi” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “ağ-qaralar” “Çelik”lə üz-üzə gəlib. Bosniya və Herseqovina təmsilçisi ilə görüş Bakı klubunun inamlı qələbəsiylə başa çatıb.

 

“Neftçi” bu oyundan əvvəl “Şkupi” (Makedoniya) və “Dunarea Kalarasi” (Rumıniya) üzərində eyni hesabla (2:0) qələbə qazanmışdı.

 

Bakılılar toplanış çərçivəsində son yoxlama matçını iyulun 5-də "Politexnika”ya (Rumıniya) qarşı keçirəcək.

 

“Neftçi” (Azərbaycan) - "Çelik” (Bosniya və Herseqovina) - 4:1

Qollar: Baqali Dabo, 14, Rəhman Hacıyev, 18; 34 (pen.), Namiq Ələsgərov, 60

 

“Neftçi”: 94. Rəşad Əzizli, 5. Anton Krivotsyuk, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 9. Baqali Dabo, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov (k), 77. Elvin Sərkərov, 93. Soni Mustivar

 

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 73. Nail Alışov, 4. Rəşad Eyubov, 11. Dario Frederiko, 21. Məhəmməd Mirzəbəyov, 28. Slavko Braliç, 36. Xəlil Bəşirov, 37. Vüsal Əsgərov, 51. Elçin Əsədov, 70. Əli Şirinov

Tarix: 2 İyul [19:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2018
20  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio