"Qarabağ"dan ayrılan futbolçuya İtaliyanın daha bir klubu göz dikdi

"Qarabağ"dan ayrılan İbrahim Şehiçlə maraqlanan daha bir klubun adı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Bosniya və Herseqovina yığmasının üzvü ilə İtaliyanın "Sampdoriya" klubu da maraqlanmağa başlayıb. 29 yaşlı əlcək sahibi ilə yanaşı, "Atalanta"dan Marko Sportiello, Zaqreb "Dinamo"sundan Adrian Şemper və "Sevilya"dan David Soria da "Samporiya"nın transfer hədəfindədir. Emiliano Vivianonun "Sportinq"ə transfer olmasından sonra Genuya təmsilçisi çərçivədə rəqabəti artırmaq üçün bir neçə varianta baxmalı olacaq.

 

Qeyd edək ki, Şehiçin adı İtaliyanın "Parma", Türkiyənin "Trabzonspor", "Çaykur Rizəspor" və "Ərzurumspor" klubları ilə də hallanırdı.

Tarix: 3 İyul [00:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio