Gəncə stadionunda təmir dayandı: fəhlələr 150 manata işləməyəcək!

11:04 - 3 İyul 2018

Gəncə şəhər stadionunda təmir işləri dayandırılıb.

 

Sportal.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin balansında olan arenadakı quruculuq işləri maliyyə problemlərinə görə yarımçıq qalıb.
 
“Kəpəz” Premyer Liqada mübarizəni dayandırsa da, bazanın təmiri istiqamətində işlər davam etdirilirdi. Amma birdən-birə nə olubsa, vəsait qurtarıb. Ya işlər düzgün planlaşdırılmayıb, ya da klubun diviziona enməsi dəqiqləşdiyindən nazirlik qənaət etmək qərarına gəlib.
 
Stadionun yeni direktoru fəhlələrə maaşlarının yarıbayarı azaldılacağını və aylıq 150 manat maaş alacaqlarını bildirib. Onlarsa təbii ki, bununla razılaşmayıb və inşaat meydanını tərk ediblər. Bu səbəbdən 1 həftədə təmir işləri dayanıb. (Futbolinfo.az)

 

Xəbər xətti