"Sumqayıt"da yeni məşqçi

13:51 - 3 İyul 2018

"Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanovun daha bir köməkçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, fiziki hazırlıq üzrə məşqçi Anton Dyaçenko ilə 1 illik müqavilə imzalanıb. 

 

Qeyd edək ki, ukraynalı mütəxəssis 2011-2017-ci illər ərzində Kiyev "Dinamo"sunun, 2017-2018 mövsümündə isə "Şaxtyor"un akademiyasında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.

Xəbər xətti