Lionel Messini üzən qapıçı "Qarabağ"da

16:20 - 3 İyul 2018

İbrahim Şehiç və Anton Kanibolotski ilə yolları ayıran "Qarabağ" yeni qapıçı transferinə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, klubun "facebook" səhifəsi "yeni transferə hazırsınızmı" sualı ilə çıxış edib. Fotoda İslandiyaya aid yer göstərilib. Digər hissədə isə Messinin üzgün fotosu təqdim edilib. Bu isə yeni qapıçıınn kim olacağına işarədir. Belə ki mundialda İslandiya millisinin qapıçısı Hannes Haldrousson məhz Argentina ilə matçda Lionel Messinin penaltisini dəf etməklə adından söz etdirmişdi. 34 yaşlı qapıçı həmin görüşün ən yaxşısı seçilmişdi. Qolkiper həm də rejissordur və buna uyğun olaraq, fotoda işarə var.

 

Qeyd edək ki, islandiyalı qapıçı 2016-cı ildən Danimarkanın "Randers" klubunda çıxış edir. 

Xəbər xətti