Danimarkanın “Randers” klubunun qapıçısı Hannes Haldrousson karyerasını "Qarabağ"da davam etdirəcək.
Sportal.az xəbər verir ki, 34 yaşlı qapıçı Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubunun düşərgəsindədir. O, tibbi müayinədən keçib və “Qarabağ”da ilk məşqinə çıxacaq.
Qeyd edək ki, Haldrousson İslaniya milli komandasının əsas qapıçısıdır. O, millinin heyətində 52 oyun keçirib.