"Səbail" yay transferi ilə yollarını ayırdı

22:39 - 3 İyul 2018

“Səbail” yay fasiləsində transfer etdiyi Orxan Əliyevlə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, müqavilə imzalamış 23 yaşlı yarımmüdafiəçi klubun məşqçilər korpusuna müraciət edərək səhhəti ilə bağlı problemi olduğunu bildirib.

 

Müayinə nəticəsində futbolçunun diz nahiyəsində həqiqətən zədə olduğu aşkarlanıb. Nəticədə qarşılıqlı razılıq əsasında “Səbail”lə Orxan arasında mövcud müqaviləyə xitam verilib. Ötən müddət ərzində Orxan Əliyevin “Səbail”də tibbi müayinədən keçməməsinin səbəbi müqavilənin imzalanmasından dərhal sonra futbolçunun şəxsi işləri ilə əlaqədar ölkə xaricinə yollanması olub.

 

Qeyd edək ki, Əliyevlə bağlanmış müqavilənin müvafiq bəndinə əsasən futbolçunun tibbi müayinəsinin nəticəsi müsbət olduğu təqdirdə müqavilə hüquqi qüvvəyə minir.

Xəbər xətti