"Sabah" - "Səbail" matçının vaxtı açıqlandı

10:33 - 4 İyul 2018

2018/19 mövsümünə hazırlığı davam etdirən “Sabah”ın növbəti yoxlama oyununun vaxtı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqada debüt etməyə hazırlaşan bu komanda iyulun 7-də “Səbail”lə üz-üzə gələcək.

 

“Bayıl Arena”da keçiriləcək matç saat 18:30-da start götürəcək.

Xəbər xətti