"Astana"nın prezidenti: "Almeydanı çoxdan izləyirdik"

12:46 - 4 İyul 2018

"Astana"nın prezidenti Sayan Həmidcanov yeni transferləri Riçard Almeydanın keçidi haqda danışıb.

 

Sportal.az xəbər verir ki, klub rəhbəri millimizin üzvünü çoxdan izlədiklərini və ondan çox şey gözlədiklərini bildirib:

 

"Almeyda Azərbaycanın ən güclü klubu olan "Qarabağ"ın lideri idi. Biz onu çoxdan izləyirdik. O, "Qarabağ"ın heyətində avrokubokların qrup mərhələsində oynayıb və böyük təcrübə qazanıb və "Çelsi", "Atletiko", "Roma", "Tottenhem", "Monako" və "Anderlext"ə qarşı çıxış edib. Almeyda həm pleymeyker, həm də yarımmüdafiənin mərkəzində çıxış edə bilir. Hücumlarda effektli oynayır, son nöqtəni qoymaq bacarığına sahibdir. Qazaxıstan futboluna qısa zamanda uyğunlaşacağına inanırıq. Roman Qriqorçuk da bir müddət Azərbaycanda işləyib və Almeydaya yaxşı bələddir. Almeydanın yüksək bacarığı və təcrübəsi bizə hədəflərimizə çatmağa kömək edəcək".

 

Qeyd edək ki, Almeyda 2012-ci ildən "Qarabağ"da çıxış edirdi. 29 yaşlı futbolçu 2017-ci ildən milli komandamızın üzvüdür.

Xəbər xətti