Riçard Almeyda: "Astana"nı rədd edə bilməzdim"

14:30 - 4 İyul 2018

"Qarabağ"dan ayrılaraq, "Astana"ya transfer olan Riçard Almeyda açıqlama verib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın 29 yaşlı yarımmüdafiəçisi "Astana"ya keçmə səbəbini və hədəflərini açıqlayıb

 

"Qarabağ"dan ayrılandan sonra çoxlu təkliflər aldım. Ancaq mən, ailəm və agentim Qazaxıstan variantına üstünlük verdik. "Astana"da oynamağın mənə faydalı olacağını düşündük. Bu təklifi iki həftə əvvəl aldım. Qazaxıstan mənə və ailəmə maraqlı gəldi, bunu rədd edə bilməzdim. "Astana"da ölkə çempionu olmaq və Çempionlar Liqasında çıxış etmək istəyirəm. Ötən il ÇL-in qrupunda çıxış etdim. Buna yenidən "Astana" ilə nail olmaq arzusundayam. Əlbəttə, bu, asan olmayacaq. Çünki mübarizəyə I təsnifat mərhələsində başlayacağıq. Hədəfə çatmaq üçün var gücümü ortaya qoyacam".

 

Qeyd edək ki, Almeyda 2012-ci ildən "Qarabağ"da çıxış edirdi. O, "Astana"da "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında oynayacaq.

Xəbər xətti