"Qarabağ" Kiyev "Dinamo"suna qarşı

15:48 - 4 İyul 2018

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxacaq.
 
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun komandası Kiyev "Dinamo"su ilə qarşılaşacaq. Matç bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Qeyd edək ki, "Qarabağ" bundan əvvəl Bolqarıstan "Ludoqorets"i (1:1) və  Avstriya "Vakker İnsbruk"u (0:0) ilə heç-heçə edib, Suriya millisinə isə 0:1 hesabı ilə uduzub..

Xəbər xətti