Polşa klubu "Qəbələ"ni məğlub etdi

Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Sənan Qurbanovun komandası Polşanın “Krakoviya” klubu ilə qarşılaşıb. Beltintsidə keçirilən görüşdə "Qəbələ" minimal hesabla uduzub - 0:1.

 

Qeyd edək ki, "Qəbələ” bunadək Sloveniyada 2 matç keçirib. Albaniyanın "Kukesi" komandası ilə 1:1 hesablı heç-heçə edən "qırmızı-qaralar” Xorvatiyanın "Dinamo” (Zaqreb) klubuna uduzub - 0:2.

 

"Qəbələ” – "Krakoviya” (Polşa) - 0:1

Tarix: 5 İyul [00:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2018
20  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio