"Qarabağ"ın yeni transferi "Olimpiya" ilə ilk oyunu buraxacaq

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda yeni transferinin xidmətindən yararlana bilməyəcək.

 

Sportal.az xəbər verir ki, ağdamlıların yeni qapıçısı Hannes Tor Halldorson meydana çıxmayacaq. Bu barədə qapıçı özü açıqlama verib. O, DÇ-2018-in qrup mərhələsində Xorvatiya ilə qarşılaşmadan öncə zədələndiyini, matçın gedişində isə ağrılarının artdığını və bu səbəbdən qarşıdakı oyuna qədər hazır olmayacağını deyib.

 

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Slovenyiyanın “Olimpiya” klubu ilə qarşılaşacaq. Tərəflər arasındakı ilk oyun iyulun 11-də Lyüblyanada keçiriləcək. Cavab qarşılaşması isə iyulun 18-də Bakıda olacaq.

Tarix: 5 İyul [01:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2018
20  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio