"Qarabağ"ın Kiyev "Dinamo"suna məğlubiyyəti VİDEO

10:18 - 5 İyul 2018

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sonuncu yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, rəqib Ukraynanın "Dinamo" (Kiyev) klubu olub. Şvats şəhərində keçirilən matçda Ağdam təmsilçisi minimal hesabla məğlub olub.

 

Qeyd edək ki, "Qarabağ" bundan əvvəl yoxlama görüşlərində Suriya millisinə uduzub (0:1), Bolqarıstan "Ludoqorets"i (1:1) və  Avstriya "Vakker İnsbruk"u (0:0) ilə heç-heçə edib.

 

"Qarabağ" - "Dinamo" (Kiyev) - 0:1 

 

Xəbər xətti