"Qarabağ"ın yeni transferi nəyə qadirdir? VİDEO

"Qarabağ" Bolqarıstan yığmasının üzvü Simeon Slavçevlə 3 illik müqavilə imzalayıb.

 

25 yaşlı yarımmüdafiəçi peşəkar karyerasına 2010-cu ildə ölkəsinin “Liteks” klubunda başlayıb və 4 il burada forma geyindikdən sonra Portuqaliyanın “Sportinq” klubuna transfer olunub. Slavçev icarə əsasında İngiltərənin “Bolton”, Kiprin “Apollon”, son olaraq isə Polşanın “Lexiya” (Qdansk) klubunda çıxış edib. 

 

Bolqarıstanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən Slavçev 2013-cü ildən etibarən əsas milli komandaya dəvət alır. 

 

Sportal.az futbolçunun performansından hazırlanmış videonu təqdim edir:

 

Tarix: 5 İyul [13:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Noyabr 2018
20  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio