Rüfət Dadaşov: "Bu vəziyyətdə Azərbaycan millisində oynamaq şansım yaranır"

"Proyssen"ə transferimin məqsədi daha yüksək səviyyəli çempionatda oynamaq idi. Belə olan vəziyyətdə Azərbaycan millisində oynamaq şansım yaranır. Yaxşı rəqabət olan komandaya gəlmişəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri millimizin sabiq hücumçusu Rüfət Dadaşov deyib. 27 yaşlı hücumçu III Bundesliqa təmsilçisi “Proyssen”ə transferindən danışıb. Dadaşov komandanın digər hücumçusu Adriano Qrimali ilə rəqabətdən çəkinmədiyini deyib: "O, fərqli keyfiyyətlərə malikdir. Mən isə topla oynamağı və yarımmüdafiəçilərlə əlaqədə olan forvardam. Müdafiədə qapanan komandaya qarşı oynaya bilirəm".

 

Qeyd edək ki, Dadaşov son mövsümü Regional Liqa təmsilçisi "Dinamo"da keçirib. Rüfət 25 oyuna 25 qol vurub.

Tarix: 5 İyul [13:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Sentyabr 2018
17  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio