"Qarabağ"ın rəqibi Macarıstan klubu ilə bacarmadı

“Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Olimpiya” Macarıstanda yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Sloveniya təmsilçisi yerli “Ferensvaroş”la qarşılaşıb. Matç 0:0 hesabı ilə başa çatıb.

 

“Olimpiya” cümə günü Misirin “Əl-Əhli” klubu ilə yoxlama görüşündə qüvvəsini sınayacaq. 

 

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasındakı oyunlar iyulun 11-də və 18-də keçiriləcək.

Tarix: 5 İyul [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Noyabr 2018
20  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio