Millimizin baş məşqçisi: “Bu təlim-məşq toplanışı məndə müsbət rəy yaratdı”

14:51 - 5 İyul 2018

16 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Azər Məmmədov Bakıda başa 10 günlük təlim-məşq toplanışını dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, təlim-məşq toplanışı mütəxəssisdə müsbət rəy yaradıb:

 

"Əsasən texniki-taktiki çalışmalara üstünlük verdik, 3 yoxlama matçı keçirdik. Futbolçuların güclü komandalarla qarşılaşmada necə təsir bağışladığını görmək üçün rəqib qismində yaşca daha böyük kollektivləri seçdik. U-17 milli komandamızla yanaşı, 4-5 yaş böyük futbolçulardan qurulmuş “Keşlə” və “Sabah”ın əvəzedici heyəti ilə qarşılaşdıq. Hər üç oyunda məğlub olmağımıza baxmayaraq, futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Müsbət keyfiyyətlərlə yanaşı mənfiləri də gördük. Təlim-məşq toplanışlarının sayını artırmağa çalışacağıq. Çünki bu uşaqlarla nə qədər çox bir yerdə olsaq, onlardan nə istədiyimizi daha çox anlayacaqlar”.

Xəbər xətti